Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə obyektində gecə saatlarında ətraf ərazilərə yayılan yüksək səslə bağlı daxil olan müraciət polis əməkdaşları tərəfindən araşdırılır.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, araşdırmanın nəticəsindən asılı olaraq obyektin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcəkdir.
Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.
Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.
Bizim.Media









































































































