Məkkədə sirli dairələr tapıldı: niyə tikildikləri bilinmir

Məkkədə sirli dairələr tapıldı: niyə tikildikləri bilinmir

Hazırda oxunan: Məkkədə sirli dairələr tapıldı: niyə tikildikləri bilinmir
648166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanının qərbində, Məkkə vilayətinin Xali vadisində qeyri-adi arxeoloji abidələr – nəhəng daş dairələr və spiral formalı tikililər aşkar edilib.

Bizim.Media xəbər verir ki, Əl-Qunfizə bölgəsində yerləşən bu konstruksiyalar iri daş parçalarından həndəsi ardıcıllıqla yaradılıb. Bəzi dairələr bir-birinə bitişikdir, digərlərinin daxilində isə daha kiçik halqalar mövcuddur.

Abidələrin nə vaxt və kim tərəfindən inşa edildiyi, eləcə də hansı məqsədlə istifadə olunduğu hələlik məlum deyil.

Səudiyyəli tarixçi Məhəmməd Xurays Əl-Mərhəbinin ehtimalına görə, daş konstruksiyalar astronomik müşahidələr və ya fəsillərin dəyişməsini izləmək üçün təqvim rolunu oynamış ola bilər. Onların Günəş, Ay və planetlərin hərəkətini izləmək, yaxud riyazi hesablamalar aparmaq üçün istifadə edildiyi də istisna edilmir.

Məkkədə sirli dairələr tapıldı: niyə tikildikləri bilinmir - foto 1

Lakin bu fərziyyələri təsdiqləyən elmi sübutlar hələlik yoxdur. Tədqiqatçılar abidələrin yaşını, coğrafi istiqamətini və dəqiq təyinatını müəyyənləşdirmək üçün əlavə araşdırmalar aparmalıdırlar.

Qeyd edək ki, daş dairələrin aşkarlandığı ərazi qədim yaşayış məskənləri və inkişaf etmiş əkinçilik ənənələri ilə tanınır.

Yaxınlıqda Küz əl-Şəhid nekropolu yerləşir. Xali vadisi isə Ərəbistan yarımadasının qərb sahilindəki Tiqama bölgəsinin münbit ərazilərindən biridir.

Mütəxəssislər bildirirlər ki, Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində oxşar qədim daş konstruksiyalara rast gəlinir. Lakin onların yaranma tarixi və funksiyası bir-birindən fərqlənə bilər. Xali vadisindəki tapıntıların sirri isə hələ də açılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO