Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi

Hazırda oxunan: Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
648203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23 sentyabrdan etibarən metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz edilib.

Bizim.Media xəbər verir ki, indiyə qədər hər iki stansiyadan 700 min nəfərdən çox sərnişin pulsuz istifadə edib.

Bu proses nə vaxta qədər davam edəcək və adıçəkilən stansiyalardan pulsuz istifadə nə vaxt başa çatacaq?

Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov oxu.az-a bildirib ki, prosesin başa çatacağı vaxt hələlik məlum deyil:

"Hazırda "Avtovağzal" və "Xocəsən" stansiyalarında ödənişsiz keçidin davam edəcəyi konkret tarix müəyyən edilməyib. Bununla bağlı qərar nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılmış monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında veriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO