Naqif Həmzəyev əlillik təyinatındakı problemlərdən danışdı – “Vətəndaşlarda narahatlıq yaradır”

Naqif Həmzəyev əlillik təyinatındakı problemlərdən danışdı – “Vətəndaşlarda narahatlıq yaradır”

Hazırda oxunan: Naqif Həmzəyev əlillik təyinatındakı problemlərdən danışdı – “Vətəndaşlarda narahatlıq yaradır”
648215
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Özünüməşğulluq proqramına ayrılan vəsaitin artırılması və əhatə dairəsinin genişləndirilməsi təklif olunub”.

Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Naqif Həmzəyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

“Əlilliyin təyin edilməsi üçün təkrar müayinələr zamanı həmin şəxslərlə ünsiyyət daha mehriban olarsa, insanlar özlərini daha rahat hiss edərlər”, – deyə o bildirib.

Naqif Həmzəyev qeyd edib ki, xəstəxanalarda müalicə müddətinin qısa olması səbəbindən bəzi hallarda təkrar müayinə və müalicəyə ehtiyac yaranır:

"Bu proses vətəndaşlarda narahatlıq yaradır. Onun sözlərinə görə, tibbi sənədlərin elektron sistemdə vaxtında toplanması həmin şəxslər üçün ciddi dəstək ola bilər".

Deputat əlilliyi ləğv edilən vətəndaşların sonradan iş tapmaqda çətinlik çəkdiklərini də diqqətə çatdırıb:

"Əlilliyi ləğv edilən şəxs bir gün əvvəl dövlət dəstəyi aldığı halda, növbəti gün işsiz qala bilir. İşəgötürənlər isə bəzən onun ixtisasının uyğun olmadığını və ya sağlamlığının işləməyə imkan vermədiyini əsas gətirirlər. Nəticə etibarilə bu insanlar bir növ özlərinə qapanırlar və bu zaman özünəməşğulluq proqramı insanın yadına düşür. Bu baxımdan da uzun illərdir dövlətimiz tərəfindən uğurla icra edilən özünəməşğulluq proqramını biz mütləq inkişaf etdirməliyik və əhatə dairəsini artırmalıyıq. Bu proqram insana öz işini qurmaq imkanı verir, o sağlamlığına və bacarığına uyğun fəaliyyət seçir, həm özünü təmin edir, həm də cəmiyyətə fayda verir”, – deyə deputat vurğulayıb.

O əlavə edib ki, özünüməşğulluq proqramı dövlət üçün də uzunmüddətli iqtisadi qənaət deməkdir:

"İşləyən insan vergi və sosial sığorta haqqı ödəməklə yanaşı, özünəinamını da bərpa edir.

Naqif Həmzəyev özünüməşğulluq proqramına ayrılan vəsaitin artırılmasının mümkünlüyünü də qeyd edib:

"2027-ci ilin dövlət büdcəsində DOST Agentliyinə 50 milyon manat, sanatoriya-kurort xidmətlərinə isə 25 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur. Bu vəsaitlərin səmərəli bölüşdürülməsi hesabına özünüməşğulluq proqramının maliyyələşdirilməsini də artırmaq mümkündür".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO