
- A-
- A
- A+
Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi qaydalarına dəyişiklik edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, məzuniyyət işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, əmək və sosial məzuniyyətlərin üst-üstə düşməsi, ezamiyyətə göndərilməsi, habelə tərəflərin qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə biləcək.
Eyni zamanda, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi qaydası dəqiqləşdirilir. İşçinin yazılı və ya elektron ərizəsi əsasında müvafiq iş ili üçün istifadə edilməmiş və növbəti iş və ya təqvim ilinə keçirilməmiş məzuniyyət hissəsinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur.
Məcəllədə müəyyən edilən minimum müddətli əmək məzuniyyətinin isə qanunla nəzərdə tutulan istisna halı xaric kompensasiya ilə əvəz olunmasına yol verilməyəcək.
Layihədə əməkhaqqının ödənilməsi müddətləri və vaxtı, əməkhaqqından tutulmaların elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, habelə digər əmək münasibətləri ilə bağlı müddəalara da dəyişikliklər təklif olunur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































