Gürcüstanda azərbaycanlı saxlanıldı - Keçmiş həyat yoldaşını öldürtmək istəyib?

Gürcüstanda azərbaycanlı saxlanıldı - Keçmiş həyat yoldaşını öldürtmək istəyib?

Hazırda oxunan: Gürcüstanda azərbaycanlı saxlanıldı - Keçmiş həyat yoldaşını öldürtmək istəyib?
648158
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində qatil tapmasını istəyib.

Məhkəmə qərarı əsasında keçirilən gizli istintaq tədbirləri zamanı şübhəlinin cinayətin keçmiş həyat yoldaşının 3 azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini tələb etdiyi müəyyən olunub.

Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, saxlanılan şəxs əslən azərbaycanlı Rəfi Orucov adlı şəxsdir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO