Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır – Britaniyalı səfir

Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır – Britaniyalı səfir

Hazırda oxunan: Azərbaycan müdafiə və təhlükəsizlik baxımından dəyərli tərəfdaşdır – Britaniyalı səfir
648154
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan müdafiə və təhlükəsizlik baxımından Böyük Britaniya üçün dəyərli tərəfdaşdır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin Azərbaycana səfəri bu tərəfdaşlığa verilən önəmi bir daha göstərib.

Bizim.Media xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında deyib.

O qeyd edib ki, cari il ilk birgə müdafiə kibertəlimi keçirilib və Böyük Britaniya ilə Azərbaycan arasında hərbi təlim əməkdaşlığı indiyədək görünməmiş səviyyəyə çatıb.

Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrindən olan həmkarları ilə birlikdə təlimdə olublar.

“Kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində genişlənən əməkdaşlıqla yanaşı, bütün bunlar indiyədək ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirilən ən iddialı proqramdır. Təhlükəsizlik sahəsində əməkdaşlığımız müdafiə ilə məhdudlaşmır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, ağır mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə çalışırıq”, - deyə səfir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO