Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Hazırda oxunan: Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
648160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb.

Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemək yeyir, ya da səhər özünə həddindən artıq bol səhər yeməyi hazırlayır.

Bundan əlavə, aclıq hissi yuxuya getməyə mane olur, pis yuxu isə ertəsi gün iştahanı daha da artırır. Nəticədə qapalı bir dairə yaranır.Q.

Dolquşin qeyd edib ki, qastrit, mədə xorası və ya reflüks xəstəliyi olan insanlarda uzunmüddətli aclıq fasilələri ağrını və mədə qıcqırmasını şiddətləndirir. Sağlam mədə üçün də müntəzəm qidalanma faydalıdır.

Endokrinoloq axşam saatlarında yalnız yağlı qidaları məhdudlaşdırmağa çağırıb: “Yağlı yeməklər gec həzm olunur və uzanmış vəziyyətdə reflüksə səbəb olur. Gecə vaxtı mayonezli kabab yemək pis fikirdir, lakin yüngül qəlyanaltı yaxşı seçimdir”. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO