DSMF-nin gələn il üçün xərcləri 9,272 milyard manat olacaq

DSMF-nin gələn il üçün xərcləri 9,272 milyard manat olacaq

Hazırda oxunan: DSMF-nin gələn il üçün xərcləri 9,272 milyard manat olacaq
648218
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri 9 milyard 272 milyon 540 min manat proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, Fondun gəlirləri 9 milyard 220 milyon 500 min manat olacaq.

Xərclərin maliyyələşdirilməsi üçün əlavə olaraq Fondun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 52 milyon 40 min manat istifadə ediləcək.

Fondun gəlirlərinin əsas hissəsini məcburi dövlət sosial sığorta haqları təşkil edəcək. Bu mənbədən 7 milyard 586 milyon 500 min manat daxilolma proqnozlaşdırılır. Bunun 2 milyard 170 milyon 960 min manatı büdcədən maliyyələşən təşkilatların, 296 milyon 40 min manatı həmin təşkilatlarda işləyənlərin, 5 milyard 119 milyon 500 min manatı isə qeyri-büdcə sektorunun payına düşür.

Bundan başqa, Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1 milyard 600 milyon manat ayrılacaq.

2027-ci ildə Fondun xərclərinin 8 milyard 950 milyon 60 min manatı əhaliyə ödənişlərə yönəldiləcək.

Bu vəsaitin 8 milyard 669 milyon 430 min manatı əmək pensiyalarının ödənilməsinə, 280 milyon 630 min manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə sərf olunacaq.

Müavinət xərclərinin bölgüsünə gəlincə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 47 milyon 380 min manat, hamiləliyə və doğuma görə 77 milyon 340 min manat, uşağın anadan olmasına görə 84 milyon 10 min manat, üç yaşınadək uşağa qulluğa görə 21 milyon 390 min manat, dəfn üçün isə 50 milyon 510 min manat ayrılması nəzərdə tutulur.

Bundan əlavə, sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinə 25 milyon manat, sosial sahədə xidmətlərin təşkili və pensiya-müavinət ödənişləri üzrə bank əməliyyatlarına 94 milyon 750 min manat vəsait nəzərdə tutulub.

Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 189 milyon 660 min manat, sair xərcləri isə 13 milyon manat təşkil edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, DSMF-nin 2027-ci il büdcəsi haqqında qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO