
- A-
- A
- A+
Gələn il yaşayış minimumu 314 manat olacaq
Azərbaycanda 2027-ci il üçün yaşayış minimumunun məbləği 314 manat olacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, gələn il əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən edilməsi təklif olunur.
Həmçinin, “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə görə, 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat müəyyən edilir.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, qanun layihələri qəbul ediləcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































