Putinlə rəqs edən Avstriyanın keçmiş XİN naziri vətəndaşlığını itirəcək?

Putinlə rəqs edən Avstriyanın keçmiş XİN naziri vətəndaşlığını itirəcək?

Hazırda oxunan: Putinlə rəqs edən Avstriyanın keçmiş XİN naziri vətəndaşlığını itirəcək?
648229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstriya hakimiyyəti ölkənin keçmiş xarici işlər naziri Karin Knayslı vətəndaşlıqdan məhrum etmək imkanını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

Vyananın miqrasiya idarəsi bir neçə il əvvəl Rusiyaya köçən Knayslın Avstriya vətəndaşlığı hüququnu itirib-itirmədiyini araşdırır.

Avstriya pasportu onun sahibinin başqa ölkənin vətəndaşlığını əldə etməsi, eləcə də xaricdə işləyərək fəaliyyəti ilə ölkənin maraqlarına zərər vurması halında ləğv edilə bilər.

Knayslın vəziyyətinin bu şərtlərə uyğun olub-olmadığını Vyana bələdiyyəsinin miqrasiya idarəsi araşdırır. Keçmiş nazir Rusiyaya köçməzdən əvvəl məhz Vyanada yaşayıb.

Karin Knaysl daha əvvəl Avstriya hakimiyyətinin Rusiya universitetində dərs deməsinə görə onun vətəndaşlıqdan məhrum edilməsi prosesinə başladığını bildirib.

“Əgər vətəndaşlığı olmayan şəxsə çevrilsəm, BMT-yə müraciət edərək ağ pasport istəyəcəyəm”. Knayslın sözlərindən TASS agentliyi sitat gətirib.

Qeyd edək ki, Karin Knaysl 2017–2019-cu illərdə Avstriyanın xarici işlər naziri vəzifəsini tutub.

2018-ci ildə onun toyunda Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. Həmin vaxt səfərin şəxsi xarakter daşıdığı vurğulanmışdı.

Hökumətdən ayrıldıqdan sonra Knaysl Avstriyanı tərk edib. Özünün sözlərinə görə, buna səbəb ona qarşı təhdidlər olub. O, daha sonra Fransada və Livanda yaşayıb.

2021-ci ildə Knaysl “Rosneft” şirkətinin direktorlar şurasına daxil olub. 2023-cü ildə isə Rusiyaya köçərək Sankt-Peterburq Universitetinin nəzdindəki analitik mərkəzə rəhbərlik etməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO