ABŞ şirkəti Kiyevdə Dnepr çayının altından tunel çəkəcək

ABŞ şirkəti Kiyevdə Dnepr çayının altından tunel çəkəcək

Hazırda oxunan: ABŞ şirkəti Kiyevdə Dnepr çayının altından tunel çəkəcək
648224
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiyevdə Dnepr çayının altından tunel çəkilməsi layihəsinin hazırlanmasına başlanılır.

Bizim.Media xəbər verir ki, Ukraynanın İnfrastruktur Nazirliyi layihənin hazırlıq işlərinə başlayır.

ABŞ-ın “Robbins” şirkəti layihə üçün xüsusi texnika təqdim etməyə, ukraynalı mütəxəssislərə təlim keçməyə və texniki müşayiəti təmin etməyə hazırdır. Bu barədə bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnik “Facebook” səhifəsində məlumat verib.

“Robbins” böyük infrastruktur layihələri üçün tunelqazma avadanlıqlarının istehsalı sahəsində təcrübəyə malikdir. Şirkət avadanlıq təqdim etməyə, ukraynalı mütəxəssislərə təlim keçməyə və texniki müşayiəti təmin etməyə hazır olduğunu bildirib”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün əvvəlcə tunelin marşrutu və texniki parametrləri müəyyənləşdirilməli, geoloji tədqiqatlar aparılmalı və texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır.

Bundan sonra tikintinin hazırlıq mərhələsindən nəqliyyatın hərəkətinin açılmasına qədər bütün xərclər və iş qrafiki müəyyən ediləcək.

Tərəflər həmçinin maliyyələşdirmənin cəlb edilməsi, eləcə də layihələndirmə və tikinti prosesində Ukrayna, Avropa və ABŞ tərəfdaşlarının iştirakı məsələlərini müzakirə ediblər.

“Növbəti addım “Robbins” şirkətinin zəruri tədqiqatlar, avadanlıqlar və tərəfdaşlarla bağlı ətraflı təkliflərini təqdim etməsidir. Bu təkliflər konkret texniki və maliyyə hesablamaları üçün əsas olacaq”, – deyə Kalaşnik bildirib.

İnfrastruktur Nazirliyində vurğulayıblar ki, Kiyevə Dnepr çayı üzərindən keçən əlavə və etibarlı nəqliyyat marşrutları həqiqətən lazımdır.

“Paytaxtın sağ və sol sahilləri arasında əlavə nəqliyyat əlaqəsi yaradacaq tunelin tikintisini dəstəkləyirəm. Kiyev üçün bu, strateji qərardır və onun hazırlığına indidən başlamaq lazımdır”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 10-da ABŞ konsorsiumunun Ukrayna hökumətinə Kiyevdə Dnepr çayının altından tunel tikməyi təklif etdiyi barədə məlumat yayılıb.

Paytaxtın baş memarının keçmiş müavini Viktor Qleba həmin vaxt bildirib ki, 2004–2008-ci illərdə Kiyevin Baş Planının hazırlanması zamanı işlənmiş layihə Qalitskaya meydanından Taras Şevçenko bulvarı ərazisindən keçməklə “Borispolskaya” metro stansiyasına qədər tunelin çəkilməsini nəzərdə tuturdu.

Noyabrın 14-də isə ən sadə tunelin tikintisinin 500 milyon dollara başa gələ biləcəyi açıqlanıb. Layihənin həyata keçirilməsinin təxminən iki-üç il çəkəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO