
- A-
- A
- A+
Belaruslu tennisçi ukraynalıları təhqir etdiyinə görə cəzalandırılacaq – Foto
Belaruslu tennisçi Arina Sobolenko ukraynalıları təhqir etdiyinə görə Qadın Tennis Assosiasiyası (WTA) tərəfindən cəzalandırıla bilər.
Bizim.Media xəbər verir ki, tennis şərhçisi və jurnalist Con Vertheym “X” sosial şəbəkəsindəki paylaşımında Sobolenkoya qarşı intizam tədbirlərinin görüləcəyini bildirib.
Onun sözlərinə görə, tennisçilərin davranış kodeksi yalnız rəqiblərin və rəsmi şəxslərin deyil, azarkeşlərin də təhqir edilməsinə görə cəza nəzərdə tutur.
Jurnalist hesab edir ki, WTA belaruslu tennisçini qaydalara uyğun cərimələməli və həmin vəsaiti Ukraynanın xeyriyyə fondlarından birinə yönəltməlidir.
Qeyd edək ki, Sobolenko ukraynalı tennisçi Elina Svitolina ilə qarşılaşması zamanı azarkeşlərə qarşı nalayiq ifadələr işlədib.
O, sonradan sosial şəbəkədəki paylaşımında davranışına görə üzr istəyib. Tennisçi bildirib ki, Ukrayna simvolları olan azarkeşlərin onun səhvlərinə həddindən artıq emosional reaksiya verməsi buna səbəb olub.
Sobolenko Svitolinanı təhqir etmədiyini də vurğulayıb və narazılığını başqa formada ifadə etdiyini deyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































