
- A-
- A
- A+
Dietoloqlardan qəhvə sevənlərə xəbərdarlıq: Kofeindən daha təhlükəlidir
Dietoloqlar sağlamlıq üçün ən zərərli qəhvə növlərini müəyyən ediblər. Mütəxəssislərin fikrincə, şəkərli əlavələr və şərbətlərlə zəngin qəhvə kokteylləri orqanizmdə maddələr mübadiləsinin pozulmasına və metabolik sindromun inkişafına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə amerikalı dietoloqların fikirlərinə istinadən “Eat This, Not That!” nəşri məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, qəhvənin sağlamlıq üçün əsas təhlükəsi kofeinin özündə deyil, ona əlavə edilən yüksək kalorili inqrediyentlərdədir. Bu əlavələr içkini kalorili desertə çevirir.
Ən zərərli əlavələr sırasına qaymaq, şokolad və rafinə edilmiş şəkər daxildir. Tam yağlı süd, qaymaq, müxtəlif şərbətlər və dadlandırıcılar da qəhvənin qida dəyərini əhəmiyyətli dərəcədə dəyişir.
Mütəxəssislərin fikrincə, kafelərdə sifariş verilə biləcək ən zərərli qəhvə növü frappuçinodur. Bu içki tərkibindəki şərbətlər, yağlı kremlər, çalınmış qaymaq və hətta peçenye qırıntıları səbəbindən karbohidrat və yağlarla zəngindir.
Dietoloqlar şəkər və doymuş yağların birləşməsini xüsusilə təhlükəli hesab edirlər. Onların sözlərinə görə, bu cür içkilərin müntəzəm istehlakı zamanla şirniyyata meyilliliyi artıra bilər.
Bundan başqa, şəkər və doymuş yağlarla zəngin qidaların qəbulu insulin müqavimətinin yaranmasına və metabolik sindromun inkişafına şərait yarada, endokrin sistemin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































