Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto

Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto

Hazırda oxunan: Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto
648221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilib.

Bizim.Media xəbər verir ki, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilən sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunub.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev “Study in Azerbaijan” təşəbbüsünün Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılmasında və xarici tələbələrin ölkəmizdə təhsilə cəlb olunmasında əhəmiyyətini vurğulayıb.

Nazir müavini sərginin ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları və qəbul imkanları barədə birbaşa məlumat əldə etmək, maraqlandıqları sualları universitet nümayəndələrinə ünvanlamaq üçün əlverişli şərait yaratdığını bildirib.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxışında iki ölkə arasında dostluq münasibətlərinin inkişafında təhsilin rolunu vurğulayıb.

Səfir bu cür təşəbbüslərin Azərbaycan və Gürcüstan arasında təhsil əlaqələrinin genişlənməsinə, gənclər arasında akademik mobilliyin təşviqinə və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini qeyd edib.

Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq təhsil imkanlarından və xarici tələbələr üçün yaradılan şəraitdən danışıb.

Çıxışlardan sonra simvolik lent kəsilib və sərgiyə baxış başlayıb. İştirakçılar Azərbaycan universitetlərinin stendləri ilə tanış olaraq təqdim olunan təhsil imkanları barədə məlumat alıblar.

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları, təqaüd imkanları və tələbə həyatı barədə ətraflı məlumat verilib.

Gürcüstanda yaşayan məktəblilər, abituriyentlər, tələbələr və valideynlər universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.

Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 1
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 2
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 3
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 4
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 5
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 6
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 7
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 8
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 9
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 10
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 11
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 12
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 13
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 14
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 15
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 16
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 17
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 18
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilib - Foto - foto 19

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO