Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi

Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi

Hazırda oxunan: Şəhid ailəsinə verilən Prezident təqaüdü dayandırıldı - Məhkəmə qərarı ləğv etdi
648192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Təranə Musayevaya (ad və soyad şərtidir - red.) təyin olunan Prezident təqaüdünün dayandırılması ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a onun vəkili Fərid Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə, 1991-ci ildə həyat yoldaşı şəhid olan Təranə Musayevaya Prezident təqaüdü təyin edilib:

"Lakin 2025-ci ildə təqaüdün ödənişi əsassız olaraq dayandırılıb. Bundan sonra onun hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilib. Uzun müddət davam edən məhkəmə prosesinin yekununda Şəki İnzibati Məhkəməsinin qərarı ilə iddia tələbimiz təmin edilib və şəhid ailəsinə verilən müavinətin dayandırılması barədə qərar əsassız hesab olunub. Məhkəmənin qərarı ilə şəhid ailəsinə təyin edilmiş Prezident təqaüdünün dayandırılması barədə qərar ləğv olunub və ödənişlərin bərpasına qərar verilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO