Deputat Milli Məclisdə Hövsanın problemlərindən danışdı

Deputat Milli Məclisdə Hövsanın problemlərindən danışdı

Hazırda oxunan: Deputat Milli Məclisdə Hövsanın problemlərindən danışdı
648162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hövsan və Yeni Suraxanı qəsəbələrində mövcud su xətlərinin yenilənməsinə, köhnəlmiş boruların dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var”.

Bizim.Media xəbər verir ki, bunu deputat Sevinc Fətəliyeva Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat Hövsan kanalının vəziyyətinin də ciddi narahatlıq doğurduğunu bildirib:

"Kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır".

O, kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilməsini təklif edib.

Sevinc Fətəliyeva, həmçinin Hövsandakı 118 saylı və Yeni Suraxanıdakı 316 saylı tam orta məktəblərdə şagird sıxlığının müşahidə olunduğunu bildirib:

"Düşünürəm ki, əlavə tədris korpuslarının tikilməsi bu problemin həllinə kömək edər. Hövsan qəsəbəsində poliklinikaların və Sağlamlıq Mərkəzinin fəaliyyət göstərməsinə baxmayaraq, əhalinin sayının artması nəzərə alınaraq, geniş profilli stasionar tibbi xidmət göstərən müasir xəstəxananın inşası imkanlarına da baxılmasını təklif edirəm".

Deputat, həmçinin iş axtaran, lakin peşə bacarığı olmadığı üçün iş tapa bilməyən gənclər üçün rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO