
- A-
- A
- A+
Bir bayrağın 37 illik tarixçəsi - Xaçmazda azadlıq rəmzi necə ucaldıldı? – Video
Azərbaycanın müstəqilliyə gedən yolunda ucaldılan hər bayrağın öz tarixçəsi var. Onlardan biri də 37 il əvvəl Xaçmazda azadlıq və istiqlal arzularının rəmzinə çevrilib. 1989-cu il noyabrın 19-da milli-azadlıq hərəkatının fəalları tərəfindən ucaldılan həmin üçrəngli bayraq bu gün də qorunub saxlanılır. Tarixi yadigar Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.
Həmin bayrağı vaxtilə Bakıdan Xaçmaza gətirən şəxs o dövrdə rayonun milli-azadlıq hərəkatına rəhbərlik edən Müqəddəs Mehdiyev olub.
Onun sözlərinə görə, bayrağı 1989-cu il noyabrın 18-də Bakıda çalışan mərhum bacısı Yeganənin köməkliyi ilə əldə edib. İlk gətirilən bayrağın üzərində ay-ulduz olmadığından mitinq ərəfəsində, gecə saatlarında ona ay-ulduz tikilib.
Bu bayrağın taleyi heç də asan olmayıb.
Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































