Sakinlər meyxanaçılardan şikayət etdi: "Gecə 2-yə qədər yata bilmirik" – VİDEO

Sakinlər meyxanaçılardan şikayət etdi: "Gecə 2-yə qədər yata bilmirik" – VİDEO

Hazırda oxunan: Sakinlər meyxanaçılardan şikayət etdi: "Gecə 2-yə qədər yata bilmirik" – VİDEO
638355
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Masazır qəsəbəsində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, səsin ətrafdakı yaşayış evlərinə yayıldığı və insanların istirahətinə mane olduğu bildirilib.
 

Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəzi hallarda musiqi və meyxana gecə saat 2-yə qədər davam edir.


Çəkiliş zamanı məkanda olan meyxanaçı Namiq Məna məsələ ilə bağlı açıqlama verib. O, saat 23:00-dan sonra musiqinin səsinin azaldıldığını desə də, məkandakı yüksək səs ətrafda aydın eşidilib.

O, ətrafdakı yaşayış evlərinə səsin yayılması ilə bağlı iradları da nəzərə alacaqlarını bildirib:

“İndi səs keçirməyən pəncərələr var. Həmin pəncərələri ala bilməyənlərdən üzr istəyirik. Qanuna hamımız riayət etməliyik. Şikayətləri nəzərə alarıq”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO