Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Hazırda oxunan: Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
648225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda müəyyən kateqoriyadan olan işçilər üçün saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan bir sıra məcəllə və qanunlara dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Əmək Məcəlləsinə saatlıq əməkhaqqı ilə bağlı yeni müddəalar əlavə edilir.

Belə ki, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənən iqtisadi fəaliyyət sahələrində bir aydan az müddətə əmək müqaviləsi bağlandıqda, eləcə də həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə saatlıq əməkhaqqı tətbiq olunacaq.

Büdcədən maliyyələşdirilən müəssisələrdə də əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu halda saatlıq əməkhaqqının tətbiqinə yol veriləcək.

Sənəddə minimum saatlıq əməkhaqqının müəyyənləşdirilməsi də nəzərdə tutulur. Təklifə görə, minimum saatlıq əməkhaqqının məbləği minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək olmalıdır. Həmçinin saatlıq əməkhaqqı ilə çalışan şəxsin hər iş saatına görə ödənişi müəyyən edilmiş minimum saatlıq əməkhaqqından aşağı ola bilməz.

Qanun layihəsində əməkhaqqının ödənilməsi qaydasının da dəyişdirilməsi təklif olunur.

Belə ki, əməkhaqqı və digər ödənişlərin işçinin müəyyən etdiyi ödəniş hesabına nağdsız qaydada köçürülməsi nəzərdə tutulur. Bu proses elektron informasiya sistemi və Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemi üzərindən həyata keçiriləcək.

Qeyd olunur ki, əməkhaqqının işçinin seçdiyi hesaba köçürülməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO