
- A-
- A
- A+
Sumqayıtda “Şanxay” yaşayış massivi salınması ilə bağlı rəsmi açıqlama
Son günlər bəzi media subyektlərində və sosial platformalarda Sumqayıt şəhərində yeni yaşayış massivinin salınacağı ilə bağlı xəbərlər yayılır.
Bu xəbərləri maraqlı edən cəhətlətdən biri isə yeni layihənin çinli investorlar tərəfindən icra olunacağıdır. Hətta yeni yaşayış massivinin “Şanxay” adlanacağı da iddia olunur.
Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Bizim.Media-ya bildirildi ki, “Şanxay” adlı yaşayış kompleksinin inşa ediləcəyi barədə yayılan xəbərlərin əsası yoxdur:
“Hazırda şəhərin müxtəlif ünvanlarında yeni yaşayış massivləri inşa edilir. Belə ki, 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə tikinti işləri davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































