İki ölkə Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırdı

İki ölkə Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırdı

Hazırda oxunan: İki ölkə Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketi ayırdı
648210
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya və Norveç qış ərəfəsində Ukraynaya ümumi dəyəri 300 milyon dollar olan hərbi yardım paketi təqdim edəcək.

Bizim.Media “Handelsblatt” nəşrinə istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Avropa İttifaqının müdafiə məsələləri üzrə Şurasının iclasından əvvəl bildirib ki, silahların bir hissəsi ABŞ-dan PURL proqramı çərçivəsində alınacaq.

Yardım paketinə, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.

Bundan əlavə, daha əvvəl elan edilmiş “Iris-T” sistemləri, yeni radarlar, F-16 qırıcıları üçün sursatlar və pilotsuz uçuş aparatları da Ukraynaya göndəriləcək.

Bundan başqa, Almaniya “Iris-T” raketlərinin Norveç istehsalı olan NASAMS hava hücumundan müdafiə sistemlərinə inteqrasiyası üzərində işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO