Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırıldı

Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırıldı

Hazırda oxunan: Mbappeyə qarşı irqçilik edən şəxs cəzalandırıldı
648197
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın Asturiya Əyalət Məhkəməsinin İkinci Palatası “Real Ovyedo” və “Real Madrid” komandaları arasında keçirilən futbol matçında “kral klubu”nun hücumçusu Kilian Mbappeyə qarşı irqçi təhqirlərə yol verən şəxs barəsində hökm çıxarıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, 2025-ci il avqustun 24-də “Karlos Tartiere” stadionunda keçirilən qarşılaşma zamanı futbolçuya irqçi ifadələr ünvanlayan şəxs nifrət zəminində cinayət törətməkdə təqsirli bilinərək 11 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona bir sıra fəaliyyət məhdudiyyətləri və pul cəriməsi tətbiq olunub.

Həbs cəzasının icrasının təxirə salınması isə məhkumun iki il müddətində rəsmi idman yarışlarının keçirildiyi futbol stadionlarına getməməsi şərti ilə mümkün olub.

Qeyd edək ki, bu qərar “Real Madrid” futbolçularına qarşı “Mestalya”, “Son Moiks”, “Valyekas” və “Xose Zorrilya” stadionlarında törədilmiş irqçi təhqirlərlə bağlı daha əvvəl çıxarılan məhkəmə hökmlərinə əlavə olunub. Madridlilər bu iş üzrə xüsusi ittihamçı qismində çıxış edib və analoji hallarla bağlı digər məhkəmə proseslərində də iştirakını davam etdirir. Klub irqçiliklə mübarizə aparmaq və futbolda, eləcə də idmanın digər sahələrində bu cür halların aradan qaldırılması istiqamətində səylərini davam etdirəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO