Cinayət işi məhkəməyə göndərilən azərbaycanlı hərbçi haqda ağlasızmaz iddialar

Cinayət işi məhkəməyə göndərilən azərbaycanlı hərbçi haqda ağlasızmaz iddialar

Hazırda oxunan: Cinayət işi məhkəməyə göndərilən azərbaycanlı hərbçi haqda ağlasızmaz iddialar
648169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Ermənistanda azərbaycanlı hərbçi Nəsimi Musayev barəsində açılmış cinayət işi məhkəməyə göndərilib. O, Şəki kəndinə daxil olaraq yerli sakin Ani Avetisyanı yaralamaqda ittiham olunur. 

Bizim.Media xəbər verir ki, Ermənistanın Datalex məhkəmə informasiya portalında dərc olunan ittiham aktına əsasən, Musayevin Kalaşnikov avtomatı, ona bərkidilmiş süngü-bıçaq və 140 patronla Avetisyanın evinə qanunsuz daxil olduğu iddia edilir.

İttihama görə, o, evdən 19 min dram, ağıllı saat, mobil telefon və bank kartı götürüb. Daha sonra avtomatla hədələyərək qadının azyaşlı uşaqlarını girov saxlayıb.

Qadın evə qayıtdıqdan sonra Musayevin atəş açaraq onu ayağından yaraladığı, daha sonra isə bir neçə dəfə döydüyü bildirilir. İttiham aktında Ani Avetisyanın bud nahiyəsindən güllə yarası aldığı, ağır xəsarətlər və sınıqlarla yanaşı, bir barmağının amputasiya edildiyi qeyd olunur.

Bundan sonra hadisə yerindən qaçan Musayevin qonşu evlərdən birinin tövləsində gizləndiyi və daha sonra aşkar edilərək saxlanıldığı bildirilir.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan noyabrın 3-də məsələ ilə bağlı danışarkən Azərbaycan hərbçisinin qadını öldürmək niyyətində olmadığını söyləyib. O, Musayevin ifadəsində sıx duman səbəbindən istiqaməti itirdiyini və yolu azdığını bildirdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO