İcbari tibbi sığorta fondunun gəlir və xərcləri açıqlandı

İcbari tibbi sığorta fondunun gəlir və xərcləri açıqlandı

Hazırda oxunan: İcbari tibbi sığorta fondunun gəlir və xərcləri açıqlandı
648206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İcbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2% çoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev  Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Fondun 2027-ci il üçün gəlirlərinin 50,6%-i və ya 1 milyard 142 milyon manatının icbari tibbi sığorta haqlarından daxilolmalar üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 141,6 milyon manat və ya 14,2% çoxdur.İcbari tibbi sığorta haqlarından daxilolmaların 63,4%-i qeyri-büdcə sektorunun payına düşür", - deyə nazir qeyd edib.

O bildirib ki, əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması məqsədilə 2027-ci ildə Fonda dövlət büdcəsindən 200,0 milyon manat və ya 22,2% çox olmaqla, 1,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur:

"Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 723,0 milyon manat məbləğində vəsaitin 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur".

Nazir vurğulayıb ki, Fondun 2027-ci il üzrə ümumi xərclərinin 2 milyard 980 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7% çoxdur:

"Xərclərin 2 milyard 565 milyon manatı və ya 86,1%-i tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və əməkhaqqı xərcləri üçün nəzərdə tutulub. Növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 185,0 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, həmçinin rəqəmsal infrastrukturunun qurulması üçün 105,0 milyon manat, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi, əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO