
- A-
- A
- A+
“Elmlər”dəki sərnişin sıxlığının azaldılması üçün yeni təklif gündəmdə
“Ali təhsil müəssisələrinin əksəriyyətinin Elmlər Akademiyası metrostansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat çıxışında turizm sahəsi üzrə ali təhsil müddətinin optimallaşdırılması məsələsinə də toxunub.
O bildirib ki, ölkəmizdə turizm sektoru sürətlə genişlənir və turistlərin sayının ildən-ilə artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır.
"Təklif edirəm ki, turizm üzrə ali təhsil müəssisələrində təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































