Azərbaycanın iqlim təşəbbüsü COP31-də - Foto

Azərbaycanın iqlim təşəbbüsü COP31-də - Foto

Hazırda oxunan: Azərbaycanın iqlim təşəbbüsü COP31-də - Foto
648223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edib.

Bizim.Media xəbər verir ki, konfrans çərçivəsində Gənclər və Təhsil Günü təşkil olunub.

Gün çərçivəsində “Təhsilin yaşıllaşdırılmasında sübuta əsaslanan monitorinq, təcrübə mübadiləsi və əməkdaşlıq” adlı sessiya keçirilib.

Sessiya Azərbaycanın COP29-da irəli sürdüyü, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsün davamı kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, COP29 Sədrliyi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü, eləcə də COP31 Sədrliyi, Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi və UNESCO-nun dəstəyi ilə təşkil olunub.

Sessiyada çıxış edən Həsən Həsənli iştirakçıları Azərbaycanda iqlim savadlılığı istiqamətində görülmüş işlər barədə məlumatlandırıb. O, kurikulumun və milli standartların yenilənməsi, məzmunun hazırlanması, müəllimlərin peşəkar inkişafı üçün təşkil olunan təlimlər və qiymətləndirmə sahəsində görülən işlərdən danışıb, iştirakçı ölkələri birgə fəaliyyətə dəvət edib.

Nazir müavini həmçinin Azərbaycanın OECD ilə birgə iqlim üzrə öyrənmə və qiymətləndirmə platformasının hazırlanmasına dəstək verdiyini qeyd edib.

"Dəyirmi masa" formatında keçirilən yüksək səviyyəli sessiyada iştirak edən OECD-nin Təhsil və Bacarıqlar departamentinin direktoru Andreas Şleyxer, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, eləcə də digər yüksək səviyyəli nümayəndələr Azərbaycanın Bakıda keçirilən COP29-da irəli sürdüyü və bu gün artıq reallığa çevrilən təşəbbüsünü yüksək qiymətləndiriblər.

Onlar bu təşəbbüsün nəticəsində PISA 2029-da şagirdlərin iqlim savadlılığının beynəlxalq miqyasda qiymətləndirilməsinin mümkün olacağını xüsusi vurğulayıblar. Çıxış edənlər bu addımı qlobal təhsil siyasətində mühüm dönüş nöqtəsi hesab edərək Azərbaycanın iqlim savadlılığının formalaşdırılması üzrə yaratdığı əməkdaşlıq modelini digər dövlətlər üçün ilhamverici təcrübə kimi dəyərləndiriblər.

Tədbirdə həmçinin 2025-ci ildə Azərbaycan və Braziliyada iqlim savadlılığı üzrə keçirilmiş pilot qiymətləndirmələrin nəticələri təqdim edilib.

Bundan başqa, nümayəndə heyəti Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi və UNESCO tərəfindən təşkil olunan “Yaşıl təhsilin mərkəzində uşaqlar, gənclər və müəllimlər” mövzusunda yüksək səviyyəli sessiyada iştirak edib.

Azərbaycanın iqlim təşəbbüsü COP31-də - Foto - foto 1
Azərbaycanın iqlim təşəbbüsü COP31-də - Foto - foto 2
Azərbaycanın iqlim təşəbbüsü COP31-də - Foto - foto 3

Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO