Gələn ilin dövlət büdcəsi ilk oxunuşda qəbul edildi

Gələn ilin dövlət büdcəsi ilk oxunuşda qəbul edildi

Hazırda oxunan: Gələn ilin dövlət büdcəsi ilk oxunuşda qəbul edildi
648168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb

Sənədə əsasən, dövlət büdcəsinin gəlirlərinin 38 milyard 518 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı isə yerli gəlirlərin payına düşəcək. Xərclərin də 41 milyard 664 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı yerli xərclər olacaq.

2027-ci il dövlət büdcəsinin gəlirlərinin əsas mənbələrini əlavə dəyər vergisi (9 milyard 386 milyon manat), hüquqi şəxslərin mənfəət vergisi (6 milyard 983 milyon manat), fiziki şəxslərin gəlir vergisi (3 milyard 70 milyon manat), aksizlər (1 milyard 909 milyon manat) və gömrük rüsumları (1 milyard 867 milyon manat) təşkil edəcək.

Bundan başqa, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 900 milyon manat müəyyənləşdirilib.

Büdcə xərclərinin funksional istiqamətlər üzrə bölgüsünə gəlincə, ən çox vəsait iqtisadi fəaliyyətə – 8 milyard 907,3 milyon manat, müdafiə və milli təhlükəsizliyə – 8 milyard 816,4 milyon manat, ümumi dövlət xidmətlərinə – 5 milyard 521,8 milyon manat, təhsilə – 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata – 4 milyard 914 milyon manat ayrılması nəzərdə tutulub.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahəsinə 3 milyard 438,6 milyon manat, səhiyyəyə 2 milyard 84,1 milyon manat, kənd təsərrüfatına 1 milyard 379,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 643 milyon manat yönəldilməsi planlaşdırılır.

Eyni zamanda, dövlət borcuna xidmətlə bağlı xərclərin 2 milyard 200 milyon manat olması nəzərdə tutulur. Bunun 772,5 milyon manatı daxili, 1 milyard 427,5 milyon manatı isə xarici dövlət borcu üzrə ödənişlərə yönəldiləcək.

Layihəyə əsasən, 2027-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat müəyyən edilib. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün isə 5 milyard 300 milyon manat ayrılması nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki,  2027-ci il dövlət büdcəsi haqqında qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO