Tramp Putinlə ayrıca görüş keçirmək istəyir

Tramp Putinlə ayrıca görüş keçirmək istəyir

Hazırda oxunan: Tramp Putinlə ayrıca görüş keçirmək istəyir
648205
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini açıqlayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tramp jurnalistin Putinlə ayrıca görüşün keçirilməsinin mümkünlüyü ilə bağlı sualını cavablandırarkən belə bir imkanı dəyərləndirəcəyini bildirib.

“Bilmirəm, amma belə bir imkan olarsa, bunu edərdim”, – deyə ABŞ Prezidenti qeyd edib.

Məlumata görə, Donald Tramp, Vladimir Putin və Çin Sədri Si Cinpinin iştirakı ilə üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.

Bundan əvvəl Kreml Putin və Si Cinpin arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində işgüzar səhər yeməyi formatında danışıqlar aparılacağını açıqlayıb.

Bildirilib ki, görüşdə əsas diqqət xarici siyasət məsələlərinə yönəldiləcək.

Çinin Xarici İşlər Nazirliyi isə üç liderin iştirakı ilə keçiriləcək sammiti tarixi hadisə kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO