Robert Pattinsonun canlandıracağı yeni Ceyms Bondun sevgilisi kim olacaq? – Foto

Robert Pattinsonun canlandıracağı yeni Ceyms Bondun sevgilisi kim olacaq? – Foto

Hazırda oxunan: Robert Pattinsonun canlandıracağı yeni Ceyms Bondun sevgilisi kim olacaq? – Foto
648195
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 16-da Robert Pattinsonun rəsmi olaraq yeni Ceyms Bond olacağı məlum olub. 2006-2021-ci illərdə bu rolu Daniel Kreyq canlandırıb. Filmin süjeti və premyera tarixi hələ açıqlanmasa da, artıq hansı məşhur aktrisanın 007 nömrəli agentin sevgilisini canlandıra biləcəyi ilə bağlı ehtimallar irəli sürülür.

Bizim.Media xəbər verir ki, “Variety” nəşrinin yazdığına görə, bu rol uğrunda xeyli sayda aktrisa namizəddir.

Ceyms Bondun sevgilisi “Bond” filmlərinin ayrılmaz hissəsi olduğundan, onun seçilməsi də ekran əsərinin uğurunda mühüm rol oynayır.

Namizədlər arasında “Əsl detektiv” və “Andor” seriallarından tanınan Adria Arxona, “Şeytan Prada geyinir”, “Sicario” və “Qatardakı qız” filmlərində rol alan Emili Blant, eləcə də “Əbədilər” və “Kapitan Marvel” filmlərinin ulduzu britaniyalı Cemma Çan var.

“Cemma Çan texniki baxımdan artıq Bond kainatının bir hissəsidir. O, “007 First Light” videooyununda doktor Selina Tan obrazını canlandırır. Bu personaj Bondun 00 statusunu əldə etməsi yolunda mühüm rol oynayır”, – deyə ssenarist Kleyton Devis bildirib.

Yeni Ceyms Bondun sevgilisi roluna namizədlər arasında fransalı aktrisa Marion Kotiyar, amerikalı ulduz Çeyz İnfinity, “Zoluşka” filminin baş qəhrəmanı Lili Ceyms, aktrisa Ququ Mbata-Rou, “Transformers” filminin ulduzu İzabela Mersed, İndi Navarret, keniyalı aktrisa Lupita Nyonqo, Florens Pyu, Marqaret Kuolli də var.

Bundan başqa, Marqo Robbi, Anna Savai, “Eyforiya” serialının ulduzları Hanter Şefer, Sidni Svini və Zendeya, Sofi Törner və Anya Teylor-Coy da namizədlər siyahısına daxil edilib.

Robert Pattinsonun canlandıracağı yeni Ceyms Bondun sevgilisi kim olacaq? – Foto - foto 1
Robert Pattinsonun canlandıracağı yeni Ceyms Bondun sevgilisi kim olacaq? – Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO