Deputat: “İlk növbədə yataqxanada məskunlaşan məcburi köçkünlər doğma yurdlarına köçürülsün”

Deputat: “İlk növbədə yataqxanada məskunlaşan məcburi köçkünlər doğma yurdlarına köçürülsün”

Hazırda oxunan: Deputat: “İlk növbədə yataqxanada məskunlaşan məcburi köçkünlər doğma yurdlarına köçürülsün”
648155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Torpaqlarımız işğal edildikdən sonra qaçqın və köçkünlərin bir hissəsi təhsil müəssisələrinin yataqxanalarında məskunlaşıb. Hazırda “Böyük Qayıdış” uğurla davam edir. Yaxşı olardı ki, bu proqram çərçivəsində ilk növbədə yataqxanalarda məskunlaşmış əhalinin köçürülməsi təmin edilsin. Belə olarsa, yataqxanalara ehtiyacı olan tələbələr üçün əlverişli şərait yaratmaq mümkün olar".

Bizim.Media xəbər verir ki, bunu deputat Eldar Quliyev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat çıxışında Bakı şəhərində tikinti işləri və kanalizasiya sularının yaratdığı problemlərə də toxunub.

O bildirib ki, hökumət bu sahədə xarici ölkələrin təcrübəsini öyrənməli, xüsusi proqram hazırlamalı və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər görməlidir.

Eldar Quliyev, həmçinin tikinti işlərinə ayrılan büdcə vəsaitinin bölgüsündə təmirə ehtiyacı olan küçə və yolların da nəzərə alınmasını təklif edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO