
- A-
- A
- A+
Kiyev və Moskva arasında yeni əsir mübadiləsi gözlənilir - Ukrayna təkliflərini ABŞ-a verəcək
Ukrayna ilə Rusiya arasında gözlənilən əsir mübadiləsi yaxın həftələrdə baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında bildirib.
Onun sözlərinə görə, məsələ Əbu-Dabidə keçirilən danışıqlarda müzakirə olunub. Lakin mübadilənin dəqiq vaxtı Rusiya tərəfinin mövqeyindən və ABŞ nümayəndələrinin Moskva ilə apardığı təmaslardan asılıdır.
Zelenski qeyd edib ki, Kiyev əsir mübadiləsi ilə bağlı təkliflərini Berlində keçiriləcək görüşdə Vaşinqtona təqdim edəcək.
Ukrayna lideri Əbu-Dabi danışıqlarında Rusiyada saxlanılan mülki girovların azad edilməsinin də müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən bəziləri hətta genişmiqyaslı müharibə başlamazdan əvvəl əsir götürülüb.
Bundan əlavə, Ukrayna Xerson və Zaporojye vilayətlərinin işğal altındakı ərazilərində daha 10 yaşayış məntəqəsində Oleşkidəki kimi humanitar əməliyyatların keçirilməsini təklif edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































