Nurmaqomedovlar həbsdən azad edildilər

Nurmaqomedovlar həbsdən azad edildilər

Hazırda oxunan: Nurmaqomedovlar həbsdən azad edildilər
648245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyalı MMA döyüşçüləri Usman Nurmaqomedov, qardaşı Umar Nurmaqomedov və onların komandasının digər üzvləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdən azad ediliblər.

Bizim.Media Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Əbu-Dabinin Məhkəmə Departamenti rəsmi məlumat yayıb.
 

Bildirilib ki, oteldə baş vermiş kütləvi dava ilə bağlı məhkum olunan 8 nəfərin cəzası yüngülləşdirilib. Əvvəlcə onların hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 300 min dirhəm (təxminən 82 min dollar) məbləğində cərimələnmişdi.


Məhkəmənin yeni qərarına əsasən, həbs cəzası ləğv olunub və hər bir şəxs üçün 150 min dirhəm (təxminən 41 min dollar) məbləğində cərimə müəyyənləşdirilib.

Qərarın tərəflər arasında barışıq əldə olunması, qarşılıqlı iddialardan imtina edilməsi, həmçinin zərərçəkmiş Merab Dvalişvilinin Nurmaqomedov və komandasının azadlığa buraxılması üçün Əbu-Dabi hakimiyyətinə müraciətindən sonra verildiyi bildirilib.

Xatırladaq ki, noyabrın 11-də Əbu-Dabidəki otellərdən birində Usman Nurmaqomedov və onun komanda üzvləri ilə gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili arasında dava baş vermişdi.

Hadisədən sonra 10 nəfər saxlanılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO