Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO

Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO

Hazırda oxunan: Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO
648248
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. 

Bununla bağlı Bizim.Media-ya AQTA-dan bildirilib.

Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb. 
 

Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub.


Əlavə olaraq 4 şadlıq sarayında (Çıraq Palace, Meridian Luks, Mirana və İnci şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb. 

Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir.



Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO - foto 1
Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO - foto 2
Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO - foto 3
Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO - foto 4
Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO - foto 5
Bakıda məşhur şadlıq saraylarında camış əti və süni kürü verilirmiş - FOTO/VİDEO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO