637 min manatlıq mənimsəmə işi: Məhkəmədə qarşılıqlı ittihamlar

637 min manatlıq mənimsəmə işi: Məhkəmədə qarşılıqlı ittihamlar

Hazırda oxunan: 637 min manatlıq mənimsəmə işi: Məhkəmədə qarşılıqlı ittihamlar
648257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə yarım milyondan çox mənimsəmədə ittiham olunan “İstək” MMC şirkətinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, məhkəmə təqdsirləndirilənlərdən Sultan Rəsulova verilən suallarla davam edib: 
 

​"Mən gedəndə Binəqədi 3-cü mədəndə 1 mağaza var idi. Qusardakı mağazaya 18 min çıxıb. Səbəbi də o idi ki, binanın 1-ci mərtəbəsini icarəyə götürmüşdüm, bərbad durumda idi. Sahibi demişdi ki, "təmir elə, icarə haqqını oradan çıxarıq". Əməkhaqqı rəsmi sənədə görə 600 manat idi. Ceyhunla heç bir əlaqəm yox idi. İşlədiyim dövrdə onu iki dəfə görmüşəm.


Bir dəfə 60 min pul qoydum. Hüseyn müəllim gəlib dedi:

"40 mini vergiyə tutublar, üstünü düzəlt, biz Çinə mal göndərək?" Ona  pulumun olmadığını dedim. Mən Hüseyn müəllimdən şübhələnmişdim. O, mən gəlməmişdən qabaq iki il o şirkətdə işləyib. Bu müddət ərzində bilmirdi ki, malın gömrük rəsmiləşdirməsi 33 faizdir. Amma mən gələndə onu 60 faiz elədi. Gömrük bəyannaməsi elə formada gəlirdi ki, onun saxtalaşdırıldığı bilinmirdi. Mallar həm Hüseyn müəllimin, həm də mənim idi; biz şərik idik. Sübut üçün pul çekləri var və onlar  iş sənədlərinə əlavə edilib.

Yoldaşımın kartına pul köçürəndə özümün kartım yox idi. Elə vaxtlar olub ki, o kartlar məndə olmayanda yoldaşımın kartı özümdə olurdu. Maaş alanda  həmişə Fəridə deyirdim ki, pulları bu karta göndərsin. Mən pulların şirkətin hesabından atıldığını bilmirdim. Ümumilikdə qoyduğum vəsait  1 milyon 16 min manat olub".

Digər təqsirləndirilən Ceyhun Səfərov isə S.Rəsulovun dediklərini qəti təkzib edib:

​"Onun danışdıqları başdan-ayağa yalandır. Kartlar köçürüləndə mən orada işləməmişəm. Mənim heç kimə göstərişim olmayıb".

Məhkəmədə zərərçəkən qismində ifadə verən G.M. təqsirləndirilənlərdən təkcə  Ceyhun Səfərovu tanıdığını deyib:
 

"2023-cü ilin dekabrında müsahibəyə hazırlaşanda Səfərov  "Sizi Bakı və ya Sumqayıtdakı  vergi orqanında işə düzəldəcəm" - deyin vəd verirdi. 2024-cü il yanvarın 8-də Ceyhun bəyə 5 min manat pul verdik ki, müsahibədən uğurla keçsək, ehtiyatda qalmayaq. O bir neçə gün sonra bildirdi ki, yenə 5 min manat versəm, Bakıdakı vergi qurumunda işə düzəlməyimə kömək edəcək. Pulun yarısını qaytarsa, ona da razıyam. Elə olsa, şikayətimi geri çəkərəm".


Digər zərərçəkən T.N. də Ceyhun Səfərovu əvvəlcədən tanıdığını qeyd edib:

​"Ceyhun bəy müəllimim olub, müəllim kimi yanına hazırlığa getmişəm. Həmin vaxt işsiz idim. Ümumi 7 min 500 manat pul vermişəm. Zərərim ödənsə, şikayətimi geri götürərəm".

Növbəti proses dekabrın 1-i saat 10:15-ə təyin olunub.

Xatırladaq ki, “İstək” MMC-nin vəzifəli şəxsləri olduğu bildirilən Ceyhun Səfərov, Sultan Rəsulov, Fərid Ələkbərov saxta köçürmələr vasitəsilə şirkətin 637 min manat pulunu mənimsəməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2-ci (leqallaşdırma – xeyli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampını, möhürünü, blankını hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
 

İstintaq əvvəl Binəqədi Rayon Prokurorluğunda aparılsa da, sonradan Nərimanov Rayon Prokurorluğuna göndərilib.


Ceyhun Səfərov və Sultan Rəsulov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digər təqsirləndirilən Fərid Ələkbərov barəsində qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO