8 saatdan çox yatmaq qocalmanı sürətləndirir — Alimlərdən XƏBƏRDARLIQ

8 saatdan çox yatmaq qocalmanı sürətləndirir — Alimlərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: 8 saatdan çox yatmaq qocalmanı sürətləndirir — Alimlərdən XƏBƏRDARLIQ

637812

500 mindən çox insan arasında aparılan miqyaslı tədqiqat yuxu rejiminin insan orqanizminin qocalma sürətinə birbaşa təsir etdiyini üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, alimlərin qənaətinə görə, sutkada 6 saatdan az və ya 8 saatdan çox yatan şəxslərin orqanizmi daha sürətlə qocalır. 

İnsanların bioloji yaşı 23 müxtəlif biomarker əsasında qiymətləndirilib və nəticədə sağlamlıq üçün "qızıl orta"nın sutkada 6,5 — 7,8 saatlıq yuxu olduğu müəyyən edilib.

Mütəxəssislər xəbərdar edirlər ki, bu çərçivədən kənara çıxan istənilən yuxu müddəti bioloji qocalmanı sürətləndirir və orqanizmə ciddi zərər vurur. (musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO