FHN təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas etdi

FHN təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas etdi

Hazırda oxunan: FHN təhlükəli və köməksiz vəziyyətdə qalan 32 uşaq xilas etdi
648133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, FHN tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yaranması halları qeydə alınır.

Belə ki, Nazirliyin "112" qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi olaraq məlumatlar daxil olur. Daxil olmuş müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.

Aparılan təhlillər göstərir ki, qeyd olunan bu hallar uşaqların ilk növbədə valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya əksərən hər hansı səbəbdən mənzildə tək qoyulmaları nəticəsində baş verir.

Nəzərə alınmalıdır ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır.

Eyni zamanda, uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola bilər.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO