Gördüyü bütün insanları öz pişiyinə bənzədir – Beyin əməliyyatından sonra qəribə dəyişiklik

Gördüyü bütün insanları öz pişiyinə bənzədir – Beyin əməliyyatından sonra qəribə dəyişiklik

Hazırda oxunan: Gördüyü bütün insanları öz pişiyinə bənzədir – Beyin əməliyyatından sonra qəribə dəyişiklik
648123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da yaşayan 28 yaşlı Karl adlı şəxsin üzləşdiyi qeyri-adi vəziyyət tibb ictimaiyyətinin diqqətini çəkib. Beyin əməliyyatından sonra Karlda nadir bir görmə qavrayışı pozuntusu yaranıb: o, gündəlik həyatda rastlaşdığı insanların üzlərinə baxarkən, onların üzündə öz pişiyi Lunanın gözlərini, burnunu və digər üz cizgilərini görür. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ScienceAlert" nəşrinin məlumatına görə, təxminən iki ildir davam edən bu vəziyyət Dartmut Kolleci və "Brigham and Women's" Xəstəxanasının tədqiqatçıları tərəfindən araşdırılıb. 

Tədqiqatçılara görə, Karlın yaşadığı bu vizual təhrif bir neçə saat, bəzən isə bütün gün davam edə bilir. Pişiyin cizgiləri həmin insanın üzünə təbii şəkildə inteqrasiya olunmuş kimi görünür; üstəlik, Karlın baxış bucağından və məsafədən asılı olaraq bu cizgilərin görünüşü də dəyişir.

Bu fenomen "prozopometamorfopsiya" adlanır – bu, insanların üzlərinin təhrif olunmuş və ya dəyişmiş şəkildə qavranılmasına səbəb olan son dərəcə nadir nevroloji pozuntudur.

Tədqiqatçılar həmçinin bu vəziyyəti "palinopsiya" – yəni vizual təsvirlərin insanın qavrayışında yenidən ortaya çıxması və ya davamlı qalması hadisəsi kontekstində də təhlil edirlər.

Ehtimal olunur ki, Karlın vəziyyəti onun keçirdiyi beyin əməliyyatı ilə əlaqəli ola bilər. Əməliyyat zamanı beynin sağ gicgah payının bir hissəsi – üzlərin tanınması və emal edilməsində mühüm rol oynayan nahiyə – xaric edilib.

Süni intellekt vasitəsilə ilk dəfə vizuallaşdırılıb

Dartmut Kollecində psixoloq və neyroelm mütəxəssisi olan Bred Duşeyn qeyd edir ki, Karlın yaşadığı bu hal beynin yaddaşda saxlanılan üz cizgilərini cari vizual qavrayışla birləşdirmək qabiliyyətini nümayiş etdirir. Duşeyn və Karl süni intellekt alətlərindən istifadə edərək, Karlın qarşılaşdığı üzləri necə qavradığını əks etdirən real təsvirlər hazırlayıblar. Yaradılan təsvirlər Karlın təsvir etdiyi qavrayışla tam üst-üstə düşənə qədər təkmilləşdirilib.

Əvvəllər də oxşar bir hadisə baş vermişdi

1986-cı ildə başqa bir hadisə də tədqiqatçıların diqqətini çəkmişdi. Avtobusla səyahət edən 58 yaşlı bir qadın, heyvana baxdıqdan sonra digər insanların üzlərini, həmin avtobusdakı bir sərnişinə məxsus olan pudel cinsli itə bənzətməyə başlamışdı.

İnsult keçirmiş bu qadının beynində elə bir zədələnmə baş verdiyi bildirilir ki, bu da onun tanıdığı insanları, hətta öz evini belə tanımasını çətinləşdirmişdi.

Tədqiqatçıların fikrincə, həm "pudel" hadisəsi, həm də "Luna" ilə bağlı hadisə onu göstərir ki, beyin insan üzlərini digər vizual obyektlərdən fərqli şəkildə emal edir. Diqqətçəkən məqam odur ki, heyvanabənzər xüsusiyyətlər yalnız insan üzlərində müşahidə olunur, ağaclar və ya mebel kimi digər obyektlərdə isə belə bir dəyişiklik baş vermir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO