Azərbaycanda siqaret bahalaşacaq - Bu tarixdən

Azərbaycanda siqaret bahalaşacaq - Bu tarixdən

Hazırda oxunan: Azərbaycanda siqaret bahalaşacaq - Bu tarixdən
648125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tütün məmulatlarının bir sıra növlərinin idxalı üzrə gömrük tariflərinə dəyişiklik ediləcək.

Bizim.Media Trend.az-a istinadən xəbər verir ki, siqaret, siqar və siqarillaların müəyyən kateqoriyalarına 2030-cu ilin sonunadək 15 faizlik tarif tətbiq olunacaq, lakin rüsum hər 1000 ədəd üçün 3 ABŞ dollarından az olmayacaq.

Belə ki, dəyişiklik tərkibində tütün olan siqarları, ucları kəsilmiş siqarları, siqarillaları və siqaretləri, eləcə də tütün əvəzedicilərindən hazırlanan bu məhsulların müəyyən növlərini əhatə edir.

Belə ki, müvafiq mal kodları üzrə tarif dərəcəsi sütununda mövcud olan hər 1000 ədəd üçün 0,5 ABŞ dolları məbləğindən sonra 2030-cu il dekabrın 31-dək 15 faizlik tarifin tətbiq edilməsi, lakin hər 1000 ədəd üçün məbləğin 3 ABŞ dollarından az olmaması şərti əlavə olunur.

Qərarın bu dəyişiklikləri nəzərdə tutan müddəaları sənədin dərc edildiyi 13 noyabr 2026-cı il tarixindən 90 gün sonra qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO