ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşdü

ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşdü

Hazırda oxunan: ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşdü
648121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Strateji Neft Ehtiyatı noyabrın 13-də başa çatan hesabat həftəsinin sonunda 276,4 milyon barelə qədər azalıb.

Bizim.Media ABŞ Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ehtiyatların həcmi 1982-ci ilin oktyabrından bəri ən aşağı səviyyələrini yeniləməkdə davam edir.

Hesabat həftəsində ABŞ-ın strateji neft ehtiyatları təxminən 3,1 milyon barel azalıb. Ehtiyatların bundan daha aşağı səviyyəsi sonuncu dəfə 1982-ci ildə, oktyabrın 8-də başa çatan hesabat həftəsinin sonunda qeydə alınıb. Həmin vaxt göstərici 278,725 milyon barel təşkil edib.

ABŞ-ın strateji neft ehtiyatları cari ilin avqust ayının sonunda 1982-ci ilin minimum səviyyələrini yeniləməyə başlayıb. Oktyabrın əvvəlində göstərici 283 milyon barelə düşüb, noyabrın əvvəlindən etibarən isə azalma tempi sürətlənib.

ABŞ-ın Strateji Neft Ehtiyatı 1975-ci ildə Konqresin qərarı ilə, dünya enerji böhranından sonra yarana biləcək fövqəladə hallarda istifadə olunması məqsədilə yaradılıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO