Nvidia-nin keçmiş rəhbəri ABŞ Konqresində ifadə verəcək

Nvidia-nin keçmiş rəhbəri ABŞ Konqresində ifadə verəcək

Hazırda oxunan: Nvidia-nin keçmiş rəhbəri ABŞ Konqresində ifadə verəcək
648263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nvidia şirkətinin keçmiş rəhbəri Censen Huang dekabrın əvvəlində ABŞ Konqresində ifadə verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, onunla yanaşı şirkətin baş hüquq məsləhətçisi Tim Teter də Konqresə çağırılıb.

Dinləmələr ABŞ-nin milli təhlükəsizliyi və Çinin qabaqcıl çiplərə çıxış əldə etməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır.
 

Məlumata görə, Huang dekabrın 1-də, Teter isə dekabrın 2-də Konqres qarşısında çıxış edəcək. Konqres komitələrinin sədrləri bəyan ediblər ki, onlar Huang və Teterdən ABŞ-nin milli təhlükəsizliyinə mümkün təhdidlərdəki rolları barədə məlumat almağı gözləyirlər.


Qeyd edək ki, noyabrın 12-də Censen Huang şəxsi həyatı ətrafında yaranan qalmaqaldan sonra Nvidia rəhbəri vəzifəsindən ayrılıb və şirkətin direktorlar şurasını tərk edib. KİV onun ən azı üç romantik münasibətinin olduğu barədə məlumatlar yayıb. Həmin şəxslərdən biri Sinqapurun Megaspeed şirkətinin keçmiş rəhbəri Elis Huang olub. Onun Çin kəşfiyyatı ilə əlaqələri və biznesmenlə münasibətləri vasitəsilə Nvidia texnologiyalarına çıxış əldə etməyə çalışdığı iddia edilib.

Şirkətin rəhbərliyini müvəqqəti olaraq Kolet Kress üzərinə götürüb.

Bununla belə, 140 mindən çox insan Censen Huangın yenidən Nvidia rəhbəri vəzifəsinə qayıtmasını tələb edib. Onun qayıdışını dəstəkləyənlər arasında “SpaceX” şirkətinin rəhbəri İlon Mask da var. Huang özü də bu ehtimala qarşı olmadığını və məsələni etibar etdiyi şəxslərlə müzakirə etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO