Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Hazırda oxunan: Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

622526

Ərzaq bazarlarında vəziyyət ürəkaçan deyil.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.
 

Qoşqar Təhməzlinin sözlərinə görə, ərzaq bazarlarında isə ümumilikdə 84 ərzaq bazarında yoxlama aparılıb.


Onlardan 17 ərzaq bazarında aşkar edilmiş nöqsanlar tam aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri həyata keçirilib:

"Səkkiz bazarda nöqsanlar qismən aradan qaldırılıb. Digər 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində işlər hazırda davam etdirilir. Fürsətdən istifadə edərək bazar sahiblərinə və rəhbərlərinə müraciət etmək istəyirik ki, mövcud nöqsanları ən qısa zamanda aradan qaldırsınlar. Əks təqdirdə, heyvan bazarlarında tətbiq etdiyimiz yanaşmada olduğu kimi, həmin obyektlərdə də dövlət nəzarəti tədbirləri həyata keçiriləcək və sağlamlaşdırma işlərinin icrasına ciddi nəzarət olunacaq". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO