34 yaşında karyerasını bitirdi

34 yaşında karyerasını bitirdi

Hazırda oxunan: 34 yaşında karyerasını bitirdi
648275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

PSJ-nin və Fransa millisinin sabiq müdafiəçisi Layvin Kurzava 34 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Bir vaxtlar ilk addımı atmaq lazım idi. İndi isə bu yolun sonunu gətirmək üçün doğru anı seçməliyəm.

İllərlə davam edən fədakarlıq, arzular və emosiyalardan sonra həyatımın bu möhtəşəm səhifəsini bağlamağın vaxtı çatıb. Futbol mənə hər şeyi öyrətdi və çox şey qazandırdı. 
 

“Monako”dan PSJ-yə, “Fulhem”dən “Boavişta”ya və nəhayət, “Persib”ə qədər tariximin yazılmasına kömək edən, mənə unudulmaz anlar yaşadan bütün klublara təşəkkür edirəm. Komanda yoldaşlarıma, klub prezidentlərinə, məşqçilərə, köməkçi heyətə, rəhbərliyə və bu möhtəşəm yolda qarşılaşdığım hər kəsə minnətdaram.


Xüsusilə Fransa millisinə təşəkkür etmək istəyirəm. Ölkəmi təmsil etmək fürsəti hər zaman mənim üçün böyük qürur mənbəyi olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO