
- A-
- A
- A+
Rusiyada təyyarə qəzasında 19 nəfər həlak oldu - Yenilənib/Video
Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticısində təyyarənin göyərtəsində olan 19 nəfərin hamısı həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə planlı uçuşun həyata keçirilməsi zamanı baş verib. Qəzanın ilkin ehtimal olunan səbəbi texniki nasazlıqdır.
Faktın bütün təfərrüatlarının araşdırılması üçün hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası fəaliyyət göstərir.
*** 19:44
Rusiyanın Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, qəzanın səbəbi mühərrikdə baş verən yanğın olub.
Bildirilir ki, təyyarə hələ havada olarkən alışıb. Daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb.
Məlumata görə, ekipaj son ana qədər təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağa çalışıb. Təyyarə Yagunovo kəndi yaxınlığındakı sahəyə düşüb. Hadisə nəticəsində ərazidəki tikililərə ziyan dəyməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































