
- A-
- A
- A+
“Ukrayna dünyada minalarla ən çox çirklənmiş ölkədir” - Kaya Kallas
“Ukrayna dünyada minalarla ən çox çirklənmiş ölkədir”.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.
O bildirib ki, Avropa İttifaqı Ukraynaya minalardan təmizləmə işlərində istifadə olunan avadanlıqların təmiri və texniki xidmətinin göstərilməsi üçün 15 milyon avro ayıracaq. Vəsait Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istifadə etdiyi texnikaya yönəldiləcək.
Kallasın sözlərinə görə, maliyyə dəstəyi, həmçinin ərazilərin tədqiqi və minalardan təmizlənməsi, xüsusilə Xarkov və Nikolayev vilayətlərində bu işlərin aparılması üçün istifadə olunacaq.
Bundan əlavə, vəsait ölkənin minatəmizləmə sahəsində potensialının gücləndirilməsinə, yerli operatorların dəstəklənməsinə, ixtisaslaşdırılmış təlimlərə və beynəlxalq təcrübə mübadiləsinə yönəldiləcək.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Ukrayna indiyədək partlamamış hərbi sursatlarla çirklənməyə qarşı mübarizədə pilotsuz uçuş aparatları və minatəmizləmə maşınları da daxil olmaqla, innovativ üsullar hazırlayıb və sınaqdan keçirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































