
- A-
- A
- A+
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azaldı
İtaliya A seriyasında bu mövsüm qayda pozuntularının sayı azalıb, təmiz oyun vaxtı isə artıb.
Bizim.Media xəbər verir ki, Daniele Orsatonun hakimlər komitəsinin rəhbəri təyin olunmasından sonra çempionatda qeydə alınan qayda pozuntularının orta sayı ötən mövsümlə müqayisədə 13 faiz azalıb. İlk 11 turun nəticələrinə əsasən, bu göstərici hər oyunda 25,3-dən 22-yə düşüb.
Həmçinin hakimlər penalti təyin etməyə daha az müraciət edirlər. 110 oyunda 24 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub. Bu da hər matça orta hesabla 0,22 penalti deməkdir. Ötən mövsümün eyni göstəricisi 0,28 olub.
Bununla yanaşı, təmiz oyun vaxtı da artıb. Hazırda bu göstərici 60 dəqiqəyə yaxınlaşır ki, bu da 2025/26 mövsümünün eyni dövrü ilə müqayisədə təxminən 6 dəqiqə çoxdur.
Bu dəyişikliklərə vaxt uzatmalarına qarşı yeni qaydalar və hakimlərin oyunu daha az dayandırmağa çalışması təsir edib.
Qeyd edək ki, Daniele Orsato 2026-cı ilin yayında Canluka Rokkinin əvəzinə hakimlərə rəhbərlik etməyə başlayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































