
- A-
- A
- A+
Ukrayna Krım körpüsünə hücum zamanı Starlink-dən istifadə etməyib
Ukrayna Krım körpüsünə qarşı əməliyyat zamanı Starlink və Starshield sistemlərindən istifadə etməyib. Kiyev raketlərin hədəfə yönəldilməsi üçün öz rabitə sistemini hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat zamanı pilotsuz uçuş aparatları (PUA) raketlərə radio siqnalı ötürüb. Bu, raketlərin körpünün konkret hissələrinə əl ilə idarəetmə rejimində yönəldilməsinə imkan verib.
Ukrayna Silahlı Qüvvələrinin zabitlərindən biri nəşrə açıqlamasında bildirib ki, ABŞ tərəfi bu cür əməliyyatlar zamanı Ukraynanın rabitə sistemini sıradan çıxarmağa çalışıb:
“Bu əməliyyat göstərdi ki, biz radio siqnallarının ötürülməsi üçün öz rabitə sistemimizi hazırlayırıq”.
O əlavə edib ki, ilk dəfə dronlardan Starlink olmadan raketlərə siqnal ötürmək və onların əvvəlcədən müəyyən edilmiş hədəfləri vurmasını təmin etmək üçün istifadə olunub.
“The Times” yazır ki, hücum, həmçinin Vladimir Putin, Donald Tramp və Si Cinpinin Şençjendə keçiriləcək görüşü ərəfəsində simvolik addım kimi planlaşdırılıb.
“Biz bunu Putinin zəif olduğunu göstərmək üçün planlaşdırmışdıq”, – deyə ukraynalı hərbçi bildirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































