Dünya çempionu vəfat etdi

Dünya çempionu vəfat etdi

Hazırda oxunan: Dünya çempionu vəfat etdi
648299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliya millisinin sabiq futbolçusu, 1958-ci il dünya çempionu Dino Sani 94 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Konfederasiyanın açıqlamasında Saninin Braziliya futbolunda silinməz iz qoyduğu bildirilib.
 

Qurum mərhumun ailəsinə, yaxınlarına və azarkeşlərinə başsağlığı verib. Dino Sani 1957-1966-cı illərdə Braziliya millisində çıxış edib. O, 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında komandanın heyətində qızıl medal qazanıb. Yığmada 15 oyun keçirən futbolçu 1 qol vurub.


Klub karyerası ərzində “Palmeyras”, “Komerşial-SP”, “San-Paulu”, “Boka Xuniors”, “Milan” və “Korintians”ın formasını geyinib.

Sani “Milan”la 1962-ci ildə Avropa çempion klublar kubokunu qazanıb. Həmin mövsüm İtaliya çempionu da olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO