
- A-
- A
- A+
Dizel ya benzin - Qənaət və uzunömürlü avtomobil istəyən hansına üstünlük verməlidir?
Bir çox sürücü dizel mühərrikləri haqqında fikirlərini köhnə nəqliyyat vasitələrinin xatirələrinə əsaslanaraq formalaşdırır. Yəni kimdən soruşsan, mühərrik səs-küyü və kuzov titrəməsini, qışda donmasını səbəb gətirər.
Amma indi çox şey dəyişib.
Müasir mühərriklər, dizellə də “hamar” işləyir. Hətta kabin içərisində o qədər sakitçilik olur ki, dizel və benzinlə işləyən versiya arasındakı fərqi demək olar ki, bilinmir.
Dizelin ən qorxulu tərəfi isə qış soyuğudur. Amma mütəxəssislər bildirirlər ki, qışda çox şey sahibinin soyuğa hazır olub-olmamasından asılıdır. Qış dərəcəli və "arktik" dizel yanacaqları indi daha geniş yayılıb və bu da gözlənilən temperatur üçün düzgün yanacağı seçməyi asanlaşdırır. Mühərrikin özü sadəcə müntəzəm və vaxtında texniki xidmət tələb edir.
Texniki xidmət müasirləşdirildikdə, dizel mühərriki uzun müddət əsaslı təmirə ehtiyac olmadan işləyə bilər.
İşlənmiş avtomobil bazarında bu nəqliyyat vasitələri tez-tez uzun məsafələrə maşın sürənlər tərəfindən axtarılır. Onlar üçün yanacaq qənaəti əhəmiyyətlidir, buna görə də məşhur dizel modellərinə nəqliyyat vasitələri köhnəldikcə belə tələbat qalır. Bu modellərin bəziləri benzinlə işləyən analoqlarından daha az dəyərdən düşür.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































