Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

Hazırda oxunan: Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

620274

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloninin şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.

Bizim.Media xəbər verir ki, Meloni yaydığı videomüraciətdə Trampın açıqlamasına sərt reaksiya verib.

O, ABŞ liderinin iddialarını uydurma adlandırıb:
 

“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, ABŞ Prezidenti öz müttəfiqlərinə qarşı niyə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.


Xatırladaq ki, Tramp əvvəllər bütün Avropa liderləri kimi İtaliyanın Baş naziri Corcia Melonini də "İran və Hörmüz boğazı məsələsində" kömək etmək istəməməkdə günahlandırmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO